...

"Şuşa Otel-Konqres Mərkəzi Kompleksi" müqavilə əsasında idarəetməyə verilir

Siyasət Materials 14 Yanvar 2026 16:53 (UTC +04:00)
"Şuşa Otel-Konqres Mərkəzi Kompleksi" müqavilə əsasında idarəetməyə verilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

"Şuşa Otel-Konqres Mərkəzi Kompleksi" müqavilə əsasında idarəetməyə verilir.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Şuşa Otel-Konqres Mərkəzi Kompleksi"nin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Sərəncamda öz əksini tapıb.

Sərəncama əsasən, Şuşa şəhərində yerləşən, İqtisadiyyat Nazirliyinin balansında olan Kompleksin müqavilə əsasında idarəetməyə verilməsi barədə Nazirlər Kabinetinin təklifi qəbul edilib.

Azərbaycan hökuməti nazirliyin bununla bağlı müqaviləni iki ay müddətində bağlamasını təmin etməli, sonra onu təsdiq etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti