Ağdərə. Trend:
Kəndimiz işğal olunanda 10 nəfər ailə üzvümüz var idi, indi isə mən ailə başçısı kimi beş üzvlü ailəmlə doğma yurdumuza qayıdıram.
Bunu Trend-ə bu gün Ağdərə rayonunun Aşağı Oratağ kənd sakini Anar Rüstəmov açıqlamasında deyib.
O, kəndin dirçəlməsi üçün əmək sərf etməkdən heç zaman çəkinməyəcəyini bildirib:
“Şükür bu günümüzə ki, 33 ildən sonra öz dədə-baba yurdumuza qayıtmışıq. Bura qayıtmağımızın səbəbkarı olan şəhidlərimizə rəhmət diləyirəm.
Sevindiricidir ki, doğma yurdumuzda ilk qonağımız ölkə başçısı və onun ailəsi oldu. Bu hal biz sakinlərin üzərinə daha böyük məsuliyyət qoyur. Bundan sonra kəndimizin dirçəlməsində daha çox çalışacağıq”.
