...

Ötən il Bakı Naxçıvan istiqamətində uçuşların sayı 6% artıb

İqtisadiyyat Materials 14 Yanvar 2026 16:57 (UTC +04:00)
Ötən il Bakı Naxçıvan istiqamətində uçuşların sayı 6% artıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2025-ci ildə AZAL aviaşirkəti tərəfindən 4,16 milyon sərnişin daşınıb. Bakı - Naxçıvan istiqamətində isə sərnişinlərin sayı 735 min təşkil edib.

Trend xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sərnişin dövriyyəsində 2%-lik artım qeydə alındığı halda bu marşrut üzrə icra olunan uçuşların sayı 6% artaraq 7 min 261 uçuşa çatıb.

Məlumatda qeyd edilib ki, 2025-ci il Azərbaycanın aviasiya tarixində mühüm strateji mərhələ kimi də yadda qalıb. İşğaldan azad edilmiş ərazilərdə inşa olunan üçüncü beynəlxalq aeroport – Laçın Beynəlxalq Hava Limanı istifadəyə verilib. Bu layihə regionun sosial-iqtisadi inkişafına, eləcə də ölkənin aviasiya xəritəsində Qarabağın mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verir.

Həmçinin bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu 2025-ci ildə növbəti dəfə “Skytrax World Airport Awards” çərçivəsində “Mərkəzi Asiya və MDB-nin ən yaxşı hava limanı” adına layiq görülərək regionun lider hava limanı statusunu bir daha təsdiqləyib. Hava limanı, həmçinin “Airport Carbon Accreditation (ACA)” proqramı üzrə 3-cü səviyyə akkreditasiya əldə edib, “ACI World” tərəfindən həyata keçirilən “Airport Service Quality (ASQ)” proqramında iştirak etməyə başlayıb və “APEX in Safety” təhlükəsizlik qiymətləndirməsindən uğurla keçib.

Bu dövrdə “Azəraeronaviqasiya” Hava Hərəkatı İdarəsi (AZANS) beynəlxalq platformalarda mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Qurum CANSO ANSP Sammiti və “Airspace World 2025” tədbirində iştirak edib, Böyük Britaniyanın NATS təşkilatı ilə strateji əməkdaşlıq qurub, ICAO və digər aparıcı beynəlxalq ANSP-lərlə tərəfdaşlıq əlaqələrini genişləndirib. AZANS, həmçinin “ATM Awards 2024” mükafatı çərçivəsində “Collaboration and Community” nominasiyası üzrə qalib elan olunub.

Beləliklə, 2025-ci ilin nəticələri Azərbaycanın aviasiya sektorunun beynəlxalq inteqrasiya, təhlükəsizlik və strateji liderlik istiqamətində ardıcıl və sistemli şəkildə inkişaf etdiyini bir daha təsdiqləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti