Bakı.Trend:
Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığına əsasən, parlamentin deputatı, Parlamentlərarası İttifaqın (IPU) vitse-prezidenti Sevil Mikayılova IPU-nun İcraiyyə Komitəsinin 298-ci sessiyasında iştirak edib.
Trend xəbər verir ki, Qətərin Məşvərət Şurası (parlamenti) tərəfindən təşkil olunan tədbir 13–14 yanvar tarixlərində Dohada keçirilir.
Sessiya çərçivəsində gündəmdə olan geniş məsələlər müzakirə olunub.
Müzakirələrdə əsas diqqət IPU-nun mövcud strategiyasının həyata keçirilməsi ilə bağlı vəziyyətin qiymətləndirilməsinə, habelə yeni beşillik strategiyanın ümumi istiqamətlərinin müəyyənləşdirilməsinə yönəldilib.
Bundan əlavə, IPU-nun rolunun gücləndirilməsi və onun mexanizmlərinin səmərəliliyinin artırılmasına yönəlmiş bir sıra təşkilati və parlamentar məsələlər müzakirə edilib.
