Bakı. Trend:
Danimarkanın etirazlarına baxmayaraq, ABŞ Qrenlandiyanı ələ keçirməkdə qərarlıdır.
Trend xəbər verir ki, bunu Amerika Prezidenti Donald Tramp açıqlayıb.
O bildirib: "Bildiyiniz kimi, Danimarka ilə çox yaxşı münasibətlərimiz var. Görəcəyik. Amma bilirsiniz ki, biz 'Qızıl Günbəz' raketdən müdafiə sistemini qururuq. Biz çox iş görürük və buna həqiqətən ehtiyacımız var".
Prezident əlavə edib: "Əgər biz ora çatmasaq, Rusiya və Çin çatacaq. Və Danimarka bu barədə heç nə edə bilməyəcək, amma biz hər şeyi edə bilərik".
Tramp yekun olaraq qeyd edib ki, bu məsələni artıq NATO-nun baş katibi Mark Rutte ilə müzakirə edib.
