...

ABŞ İrandakı vəziyyəti izləməyə davam edəcək - Donald Tramp

Dünya xəbərləri Materials 15 Yanvar 2026 01:34 (UTC +04:00)
ABŞ İrandakı vəziyyəti izləməyə davam edəcək - Donald Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İrandakı vəziyyəti diqqətlə izləməyə davam edəcək.

Trend xəbər verir ki, bunu o, ABŞ-nin İrana qarşı hərbi güc tətbiq etmə ehtimalı ilə bağlı suala cavab olaraq söyləyib.

Prezident qeyd edib: "Biz baş verənləri izləyəcəyik. Amma baş verənlərdən xəbərdar olan insanlardan çox yaxşı məlumat aldıq".

İrandakı vəziyyətlə bağlı Tramp əlavə edib: "Biz digər tərəfdən çox vacib mənbələrdən məlumat almışıq. Deyirlər ki, qətllər dayandırılıb".

O, həmçinin vurğulayıb: "Biz izləyəcəyik. Amma bizə bunu etibarlı mənbə deyib. Ümid edirəm ki, bu, doğrudur".

Xəbər lenti

Xəbər lenti