Bakı. Trend:
Mədəniyyət sahəsinin maliyyələşdirilməsi mexanizmləri təkmilləşdiriləcək.
Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda öz əksini tapıb.
Belə ki, 2026-2028-ci illərdə mövcud vəziyyətin təhlili və beynəlxalq təcrübənin öyrənilməsi, maliyyələşdirmə mexanizmlərinin diversifikasiyasına dair təkliflər hazırlanması və mədəniyyət sahəsi üçün yeni maliyyə mənbələrinin və alətlərinin müəyyənləşdirilməsi planlaşdırılır.
