Bakı.Trend:
ABŞ administrasiyasının xüsusi elçisi Stiv Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün yanvar ayında Moskvaya səfər etməyi planlaşdırır.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, səfərin və gözlənilən görüşün təqvimi hələ tam təsdiqlənməyib və İrandakı hadisələrlə əlaqədar səfər tarixi bir qədər önə çəkilə bilər.
Digər təfərrüatlar barədə məlumat verilmir.
