Bakı. Trend:
Tailandda qaldırıcı kranın sərnişin qatarının üzərinə aşması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bundan əvvəl hadisə nəticəsində 22 nəfərin həyatını itirdiyi bildirilirdi. Xilasedicilər vaqonların dağıntıları altında sağ qalanların və meyitlərin çıxarılması istiqamətində işləri davam etdirir.
15:10
xxx
Tailandın Nakhonratçasim əyalətində qaldırıcı kranın Banqkoqdan gələn sərnişin qatarının üzərinə aşması nəticəsində azı 22 nəfər həlak olub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, bədbəxt hadisə nəticəsində daha 55 nəfərin yaralandığı bildirilir. İnsident vaxtı qatarda 190 sərnişinin olduğu bildirilir.
Hadisənin səbəbləri araşdırılır.
