Bakı.Trend:
Almaniyalı təqdiqatçılar Erfurt şəhəri yaxınlığında minlələrlə Qara Ölüm (taun) epidemiyası qurbanlarının qalıqlarından ibarət olduğu güman edilən orta əsrlərə aid kütləvi məzarlıq aşkarlayıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, tədqiqat qrupu kütləvi məzarlığın yerini tapmaq üçün tarixi mənbələrdən, torpaq ölçmələrindən və çöküntü nümunələrindən istifadə edib. İnsan qalıqlarının XIV əsr mənbələrində qeyd olunan 12 min dəfnlə uyğun gəldiyi bildirilir.
Qeyd edək ki, 1346 və 1353-cü illərdə Avropada başa alan Qara ölüm və ya taun epidemiyası qitənin bir çox yerlərində əhalinin yarıya qədərinin qırılmasına səbəb olub. Afrika, Asiya və Avropa üzrə ümumi itki sayı 24 milyon nəfərə yaxın olub.
