Bakı. Trend:
David Yuraşeklə yollarını ayıran "Beşiktaş" müdafiənin sol cinahını yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "Latsio"da çıxış edən Nunu Tavareşdir.
Artıq klublar arasında danışıqlar başlayır. "Qara qartallar" portuqaliyalı sol cinah müdafiəçisi üçün İtaliya klubuna 10 milyon avroluq təklif göndərib.
Qeyd edək ki, "Latsio" Nunu Navareşi 2024-cü ilin yayında "Arsenal"dan transfer edib. 25 yaşlı futbolçu bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
