Bakı. Trend:
Finlandiya piyada əleyhinə minaların istehsalına və şəxsi heyətin onlardan istifadə üzrə hazırlığına başlayır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Antti Hakkanen bəyanatla çıxış edib.
Qeyd edək ki, yanvaırn 10-da Finlandiya rəsmən Piyada əleyhinə minalar haqqında Ottova konvensiyasından çıxıb.
“Finlandiyanın piyada əleyhinə minalar haqqında Ottava Konvensiyasından çıxması 10 yanvar 2026-cı ildə qüvvəyə minib. Bunun nəticəsində müdafiə administrasiyası piyada əleyhinə minaların Silahlı Qüvvələrin arsenalına qaytarılması ilə bağlı planlaşdırmaya başlayacaq”, – deyə müdafiə nazirinin bəyanatında qeyd olunur.
O bildirib ki, konvensiyadan çıxma günü milli qanunvericiliyə edilmiş dəyişikliklər də qüvvəyə minib və bu dəyişikliklər piyada əleyhinə minaların istehsalı, əldə edilməsi və istifadəsinin kriminallaşdırılmasını ləğv edir.
