...

Niderland millisinin hücumçusu "Roma"ya keçib

İdman Materials 14 Yanvar 2026 18:16 (UTC +04:00)

Bakı. Trend:

"Aston Villa"nın hücumçusu Doniell Malen karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Roma" niderlandlı futbolçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Canavarlar" Maleni məcburi satılalma bəndi ilə icarəyə götürüb. "Roma" İngiltərə klubuna 3 milyon avro icarə haqqı ödəyəcək. Satınalma məbləği isə 25 milyon avrodur.

Qeyd edək ki, "Aston Villa" Doniell Maleni 2025-ci ilin yanvar ayında "Borussiya"dan 25 milyon avroya transfer edib. Niderland millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti