...

“Əl-İttihad”ın prezidenti Messini hələ də kluba cəlb etmək istədiyini bildirib

İdman Materials 15 Yanvar 2026 08:06 (UTC +04:00)
“Əl-İttihad”ın prezidenti Messini hələ də kluba cəlb etmək istədiyini bildirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanının “Əl-İttihad” futbol klubunun prezidenti Ənmar Əl-Xayli hələ də Lionel Messi ilə müqavilə imzalamaq arzusunda olduğunu açıqlayıb.

Trend xəbər verir ki, o, 2023-cü ildə Messinin PSJ-dən ayrıldıqdan sonra hazırda “İnter Mayami”nin formasını geyinən hücumçuya edilən təklifi xatırladıb.

Əl-Xaylinin sözlərinə görə, o zaman Messiyə 1,4 milyard avro məbləğində təklif irəli sürülüb. “Mən Messiyə 1,4 milyard avro təklif etdim. O, ailəsini inandırmasına baxmayaraq, ailəsinin xatirinə belə yüksək təklifi rədd etdi”, – deyə klub prezidenti bildirib.

O əlavə edib ki, hazırda da Messi üçün istədiyi qədər qazanc əldə edə biləcəyi, müddəti hətta ömürlük ola bilən müqavilə təklif etməyə hazırdır: “İstədiyi müddətə, hətta ömürlük müqavilə təklif edərdim. Matçlar başlamazdan əvvəl belə çempionluğu qeyd edərdik, çünki futbol tarixinin ən yaxşı oyunçusuna sahib olardıq”.

Xəbər lenti

Xəbər lenti