Bakı.Trend:
Soyuq qış günlərində Bakı bulvarındakı kaktus guşəsi qayğı ilə qorunur.
Trend xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb.
Bildirilib ki, isti iqlimə aid olan ekzotik kaktuslar soyuq mövsümün təsirindən zərər görməmələri üçün xüsusi qaydada örtülür. Yazda onlar yenidən öz fərqli görünüşləri ilə Dənizkənarı Milli Parka xüsusi rəng qatacaqlar.
