Bakı. Trend:
Paytaxtın Səbail rayonunda dələduzluq faktı qeydə alınıb. Zərərçəkən əvvəlcədən tanıdığı şəxsdən “brend marka” adı altında 2 ədəd qol saatı alıb və sonradan həmin məhsulların orijinal olmadığı ortaya çıxıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu yolla vətəndaşın 5200 manatı ələ keçirilib.
Polis əməkdaşları qeyd olunan əməli törətməkdə şübhəli bilinən 41
yaşlı R.İsmayılovu saxlayıb.
Rayon ərazisində yerləşən ticarət mərkəzlərinin birində isə talama
cinayətinin qarşısı alınıb. Müştərinin mağazadan oğurluq etməyə
cəhd göstərdiyindən şübhələnən satıcılar dərhal polisə məlumat
verib və şübhəli bilinən 42 yaşlı A.Abışova saxlanılıb.
Araşdırmalar aparılır.
