...

Azərbaycan dilindən bir sıra dillərə tərcümə lüğətləri hazırlanacaq

Cəmiyyət Materials 14 Yanvar 2026 17:10 (UTC +04:00)
Azərbaycan dilindən bir sıra dillərə tərcümə lüğətləri hazırlanacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan dilindən Birləşmiş Millətlər Təşkilatının əsas dillərinə, türk dillərinə və həmin dillərdən Azərbaycan dilinə tərcümə lüğətləri hazırlanacaq və yayılacaq.

Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda öz əksini tapıb.

Belə ki, 2026-2030-cu illərdə tərcümə lüğətlərinin hazırlanması məqsədilə təşkilati işlərin həyata keçirilməsi, mütəxəssis qruplarının formalaşdırılması, tərcümə lüğətlərinin hazırlanması, tərcümə lüğətlərinin əlçatan şəkildə yayılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti