Bakı.Trend:
Milli kino fondunun, dövlət televiziya və radio arxivlərinin tam rəqəmsallaşdırılacaq.
Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda öz əksini tapıb.
Belə ki, 2026-2030-cu illərdə icraçıların, metodologiyanın və fəaliyyət planının müəyyən edilməsi, Milli kino fondunun azı 60 faizinin, dövlət televiziya və radio arxivlərinin hər birinin azı 50 faizinin rəqəmsallaşdırılması, Milli kino fondunun, dövlət televiziya və radio arxivlərinin tam rəqəmsallaşdırılması planlaşdırılır.
