...

Ötən il tranzit uçuşlarda təxminən 14%-lik artım qeydə alınıb

İqtisadiyyat Materials 14 Yanvar 2026 16:45 (UTC +04:00)
Ötən il tranzit uçuşlarda təxminən 14%-lik artım qeydə alınıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2025-ci ildə Azərbaycanın aviasiya sektoru dayanıqlı artım və beynəlxalq tanınma ilə yadda qalıb

Trend xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 2025-ci il ərzində Azərbaycanın aviasiya sektoru dayanıqlı inkişaf trayektoriyasını qoruyub saxlayıb, artan tranzit potensialı və beynəlxalq etimadın möhkəmlənməsi ilə xarakterizə olunub. Ölkənin hava məkanında 342 mindən çox uçuşa xidmət göstərilməsi, 2024-cü illə müqayisədə 10,5% artım qeydə alınması aviasiya infrastrukturunun etibarlılığını və regional nəqliyyat qovşağı kimi mövqeyinin gücləndiyini aydın şəkildə nümayiş etdirir.

Hava hərəkətinin ən intensiv dövrü yay aylarına təsadüf edib. 9 avqust 2025-ci il tarixində bir sutka ərzində 1 101 uçuşun idarə edilməsi ilə tarixi rekord qeydə alınıb.

İl ərzində uçuşların 76%-ni – 261 mindən çoxunu tranzit reyslər təşkil edib. Tranzit uçuşlarda təxminən 14%-lik artım qeydə alınıb. Azərbaycan hava məkanından tranzit istifadə edən aparıcı qlobal aviaşirkətlər sırasında “Turkish Airlines”, “Singapore Airlines”, “Cathay Pacific”, “Thai Airways” və “Lufthansa” yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti