Bakı. Trend:
Qəzza sektorunu idarə edəcək müvəqqəti komitənin tərkibi ilə bağlı bütün tərəflər arasında razılıq əldə olunub.
Trend xarici KİV-ə istnadən xəbər verir ki, bunu Misirin xarici işlər naziri Abdel Ati açıqlayıb.
Nazirin sözlərinə görə, komitə bütün fələstinli fraksiyalar tərəfindən dəstəklənən 15 nəfərdən ibarət olacaq. Yaxın vaxtlarda strukturun rəsmi şəkildə elan ediləcəyi və Qəzzada gündəlik həyatın təşkili, eləcə də əsas xidmətlərin təmin olunması istiqamətində fəaliyyətə başlayacağı gözlənilir.
Abdel Ati vurğulayıb ki, komitənin yaradılması müvəqqəti xarakter daşıyır və Qəzzanın İordan çayının qərb sahilindən siyasi baxımdan ayrılması anlamına gəlmir. O, Misirin iki dövlətli həll prinsipinə sadiq qaldığını bir daha təsdiqləyib.
