...

Azad edilən ərazilərdə mədəni irsə dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tədbirlər görüləcək

Cəmiyyət Materials 14 Yanvar 2026 17:24 (UTC +04:00)
Azad edilən ərazilərdə mədəni irsə dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tədbirlər görüləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə mədəni irsin, o cümlədən arxeoloji abidələrin qorunması ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, mədəni irsə vurulmuş zərərlə bağlı beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılması və dəymiş zərərin əvəzinin ödənilməsi məqsədilə tədbirlər görüləcək.

Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda öz əksini tapıb.

Belə ki, 2026-2030-cu illərdə mövcud vəziyyətin təhlili, məlumatların sistemləşdirilməsi, tədbirlər planının hazırlanması və təsdiqi, mədəni irsin, o cümlədən arxeoloji abidələrin qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsi və nəticələrin “e-culture” platformasına inteqrasiyası planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti