...

Azərbaycanın mədəniyyət dəyərlərinə dair fənn tədris olunacaq

Mədəniyyət Materials 14 Yanvar 2026 17:25 (UTC +04:00)
Azərbaycanın mədəniyyət dəyərlərinə dair fənn tədris olunacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, o cümlədən mədəniyyət sahələrinə, Azərbaycanın mədəniyyət dəyərlərinə dair fənn və biliklərin tədrisinin təmin ediləcək.

Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda öz əksini tapıb.

Belə ki, 2026-2030-cu illərdə mədəniyyətin təhsil proqramlarına inteqrasiyası, mədəniyyət sahəsində təhsilverənlər üçün peşəkar təlim sisteminin qurulması, məktəbdənkənar mədəniyyət təhsili sisteminin inkişafı üçün tədbirlər görülməsi, təhsilalanlar və təhsilverənlər üçün mədəniyyət müəssisələrinə və abidələrə giriş sisteminin təkmilləşdirilməsi, tarix və mədəniyyət abidələrinə virtual turlar və dünya mədəniyyətlərini əhatə edən interaktiv təhsil platformaları kimi rəqəmsal resurs və texnologiyaların hazırlanması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti