Bakı. Trend:
İngiltərənin "Tottenhem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə klub məlumat yayıb.
London təmsilçisi Madrid "Atletiko"sunun yarımmüdafiəçisi Konor Qallaheri transfer edib. 25 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.
Qeyd edək ki, "Çelsi" yetirməsi olan Qallaher 2024-cü ilin yayından İspaniya klubunda çıxış edib. O, cari mövsümdə madridlilərin heyətində bütün turnirlərdə 27 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
