...

Mərakeş finalda Seneqal ilə qarşılaşacaq - Afrika Millətlər Kuboku

İdman Materials 15 Yanvar 2026 03:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Afrika Millətlər Kubokunun yarımfinal matçında Mərakeş Nigeriya yığmasını penaltilər seriyasında məğlub edərək finala yüksəlib.

Trend xəbər verir ki, qarşılaşmanın əsas və əlavə vaxtı qolsuz bərabərliklə (0:0) başa çatıb. Penaltilər seriyasında isə mərakeşli futbolçular 4:2 hesabı ilə üstün olublar.

Beləliklə, Mərakeş yığması 2004-cü ildən sonra ilk dəfə Afrika Millətlər Kubokunun finalına vəsiqə qazanıb. Həmin il finalda Tunisə 1:2 hesabı ilə məğlub olan Mərakeş turniri indiyədək yalnız 1976-cı ildə qazanıb.

Finalda Mərakeşin rəqibi yarımfinalda Misiri 1:0 hesabı ilə məğlub edən Seneqal olacaq.

Qeyd edək ki, Afrika Millətlər Kuboku yanvarın 18-də başa çatacaq. Turnirdə 24 Afrika ölkəsinin milli komandası iştirak edir, oyunlar isə Mərakeşin altı şəhərində keçirilir.

xxx

23:52

Afrika Millətlər Kubokunda Seneqal və Misir komandaları arasında keçirilən yarımfinal oyunu başa çatıb.

Trend xəbər verir ki, qarşılaşmada Seneqal yığması 1:0 hesabı ilə qələbə qazanıb.

Matçın yeganə qolunu 78-ci dəqiqədə uzaq məsafədən dəqiq zərbə ilə seneqallı hücumçu Sadio Mane vurub.

Bu nəticə ilə Seneqal turnirin finalına yüksəlib və həlledici oyunda Nigeriya–Mərakeş qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Afrika Millətlər Kubokunun hazırkı qalibi Kot-d’İvuar komandasıdır.

Xəbər lenti

Xəbər lenti