...

“Şamaxinka”da yeni svetoforlar quraşdırılır (VİDEO)

Cəmiyyət Materials 14 Yanvar 2026 14:46 (UTC +04:00)
“Şamaxinka”da yeni svetoforlar quraşdırılır (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Yasamal rayonu, Moskva prospektinin “Şamaxinka” adlanan yol sahəsi svetoforlarla tənzimlənəcək.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu məqsədlə hərəkətin təşkilində edilən dəyişikliklərlə əlaqədar DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yolda yeni svetofor dirəkləri quraşdırılıb, kabel-kommunikasiya xətlərinin çəkilişi işləri aparılır.

Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) layihəsi əsasında həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti