Bakı. Trend:
2025-ci il üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 262,3 mln. kVt·st, yəni 0,9 % artaraq 28 657,5 mln. kVt·st olub.
Trend bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu dövrdə İES-lərdə 24,823 milyard kVt·st, SES-lərdə 2,842 milyard kVt·st, digər mənbələr üzrə isə 991,6 milyon kVt·st, o cümlədən külək elektrik stansiyalarında 169,7 milyon kVt·st, günəş elektrik stansiyalarında 599,8 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 222,1 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
2024-cü illə müqayisədə külək və günəş elektrik stansiyalarında 162,3 milyon kVt·st artımla 769,5 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
2025-ci ildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 25,592 milyard kVt·st (İES-lərdə 22,704 milyard kVt·st, SES-lərdə 2,827 milyard kVt·st, GES-lərdə 61,1 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 27,0 milyon kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 3,039 milyard kVt·st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 1,147 milyard kVt·st, idxalı isə 177,2 milyon kVt·st olub.
