...

Mərkəzi Bank "Fizza Pay"ə icrası məcburi göstəriş verib

İqtisadiyyat Materials 14 Yanvar 2026 12:20 (UTC +04:00)
Mərkəzi Bank "Fizza Pay"ə icrası məcburi göstəriş verib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Mərkəzi Bankı (AMB) "Fizza Pay" MMC ödəniş təşkilatına icrası məcburi göstəriş verib.

Trend bu barədə AMB-yə istinadən xəbər verir.

“Azərbaycan Respublikası Mərkəzi Bankının “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.2-ci bəndi ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması ilə bağlı Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq "Fizza Pay" MMC-yə icrası məcburi olan göstəriş verilib”, - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti