...

Avstraliyada 11 əldəqayırma partlayıcı qurğu aşkarlanıb

Dünya xəbərləri Materials 15 Yanvar 2026 08:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliyanın paytaxtı Kanberrada ən azı 11 əldəqayırma partlayıcı qurğu aşkar edilib.

Trend xəbər verir ki, bu barədə Avstraliya polisi məlumat yayıb.

Borulardan hazırlanmış bombalar Kanberranın şimal-qərb hissəsində yerləşən küçələrdə yoldan keçən şəxslər tərəfindən tapılıb. Polis departamentinin açıqlamasında bildirilib ki, Belkonnen rayonunun küçələrində ev istehsalı partlayıcı qurğuların aşkarlanması ilə bağlı məlumatlar yanvarın 13-dən etibarən ictimaiyyətdən daxil olmağa başlayıb.

Polisin məlumatına görə, hazırda bu tip qurğuların Kanberranın digər ərazilərində aşkar olunması ilə bağlı heç bir məlumat yoxdur. Bununla belə, hüquq-mühafizə orqanları paytaxt sakinlərini hər hansı şübhəli əşya ilə rastlaşdıqları halda dərhal polisə məlumat verməyə çağırıb.

Qeyd olunur ki, yanvarın 15-i günorta saatlarınadək ümumilikdə 11 partlayıcı qurğu tapılıb. Həmin qurğuların hamısı yaşayış ərazilərində, səkilərin və piyada yollarının yaxınlığında, eləcə də şəhər parklarında aşkar edilib.

Xəbər lenti

Xəbər lenti