Bakı. Trend:
Ötən il Azərbaycanda istilik elektrik stansiyalarında (İES) 24,823 milyard kVt·st, su elektrik stansiyalarında (SES) 2,842 milyard kVt·s elektrik enerjisi istehsal edilib.
Trend bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü illə müqayisədə İES-lərdə elektrik enerjisi istehsalı 280,2 milyon kVt·s (1,1%) artıb, SES-lərdə isə 168,5 milyon kVt·s (5,6%) azalıb.
Qeyd edək ki, 2025-ci il üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 262,3 milyon kVt·st, yəni 0,9% artaraq 28,657 milyard kVt·st olub.
