Bakı. Trend:
Banqkok ətrafında tikinti kranının yola aşması nəticəsində iki nəfər həlak olub.
Trend xəbər verir ki, bu barədə “Manager Online” qəzeti məlumat yayıb.
Hadisə Tayland paytaxtından təxminən 20 kilometr cənub-qərbdə, Samut Sakhon əyalətində yerləşən Rama II Ekspress Yolunda baş verib. Məlumata görə, tikinti kranı yoldan keçən iki nəqliyyat vasitəsinin üzərinə düşüb. Hadisə yerinə cəlb olunan təcili yardım xidmətləri qəzanın nəticələrinin aradan qaldırılmasına və yaralılara tibbi yardım göstərilməsinə başlayıb.
Qeyd edək ki, çərşənbə günü səhər saatlarında Taylandın şimal-şərqində yerləşən Nakhon Ratçasima əyalətində də ağır qəza baş verib. Banqkokdan Ubon Ratçatanyaya doğru hərəkət edən sərnişin qatarının yaxınlığında tikinti kranının aşması nəticəsində 32 nəfər ölüb, 67 nəfər yaralanıb.
