...

Danimarka Qrenlandiyada hərbi kontingentini artırmağa hazırlaşır

Dünya xəbərləri Materials 14 Yanvar 2026 15:02 (UTC +04:00)
Danimarka Qrenlandiyada hərbi kontingentini artırmağa hazırlaşır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Danimarka hökuməti Qrenlandiyada hərbi kontingentini artıırmaq niyyətindədir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib.

Bu bəyanat Vaşinqtonun Danimarkanın muxtar ərazini müdafiə edəcək qədər hərbi potensiala olmadığı ilə bağlı mesajının ardından gəlib.

“Biz Qrenlandiyada hərbi mövcudluğumuzu genişləndirməyə davam edəcəyik”, – deyə Danimarkalı MN rəhbəri bildirib.

Nazir əlavə edib ki, Danimarka NATO çərçivəsində bölgədə hərbi təlimlərin keçirilməsinə daha çox diqqət ayıracaq və alyans qüvvələrinin Arktikada mövcudluğunun genişləndirilməsini dəstəkləyəcək.

Qeyd edək ki, Qrenlandiya Danimarkanın tərkibində muxtar ərazi statusuna malikdir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO üzrə müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiyanın müdafiəsi haqqında müqavilə imzalayıblar. Həmin sənədə əsasən ABŞ adanı mümkün xarici təcavüzdən qorumaq öhdəliyini üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti