Bakı. Trend:
Ötən il Azərbaycanda külək elektrik stansiyalarında 169,7 milyon kVt·st, günəş elektrik stansiyalarında 599,8 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 222,1 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
Trend bu barədə Energetika Nazirliyinə isitnadən xəbər verir.
Məlumata əsasən, 2024-cü illə müqayisədə ölkədə külək elektrik enerjisi istehsalı 118,6 milyon kVt·st (3,3 dəfə), günəş elektrik enerjisi istehsalı 43,5 milyon kVt·st (7,8%) artıb, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda elektrik enerjisi istehsalı isə 10,4 milyon kVt·st (4,5%) azalıb.
Ümumilikdə, 2024-cü illə müqayisədə külək və günəş elektrik stansiyalarında 162,3 milyon kVt·st artımla 769,5 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
Qeyd edək ki, 2025-ci il üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 262,3 milyon kVt·st, yəni 0,9% artaraq 28,657 milyard kVt·st olub.
