Bakı. Trend:
Niderlandın “Ayaks” klubu İtaliyanın “Milan” klubunun şərəfini qoruyan hücumçu Maksimilian İbrahimoviçi icarəyə götürüb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Amsterdamdan olan klubun saytında verilən məlumata əsasən, müqavilənin müddəti altı aydır və İbrahimoviç cari mövzümün sonuna kimi “Ayaks”da top qovacaq. Müqavilədə 19 yaşlı forvardın mümkün transferi ilə bağlı müddəa da yer alır.
Qeyd edək ki, Zlatan İbrahimoviçin oğlu olan Maksimilian 2022-ci ildən “Milan” klubunun futbolçusudur. Son altı ayı o klubun ikinci komandası sayılan “Milan Futuro”nun heyətində keçirib.
