...

İcra başçısı əməliyyat olunan şəhid atasını ziyarət edib (FOTO)

Cəmiyyət Materials 14 Yanvar 2026 16:26 (UTC +04:00)
İcra başçısı əməliyyat olunan şəhid atasını ziyarət edib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev səhhətində yaranan problemlərlə əlaqədar əməliyyat olunan şəhid atası Rüstəm Rüstəmovu evində ziyarət edib.

İcra başçısı şəhid atasının sağlamlıq durumu və qayğıları ilə maraqlanıb, ona şəfa diləyib, hər zaman onların yanında olduğunu bildirib.

Rüstəm Rüstəmov şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, Rüstəm Rüstəmovun oğlu — şəhid Vüsal Rüstəmov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb.

Vüsal Rüstəmov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” medalları, həmçinin III dərəcəli “Vətənə xidmət” ordeni ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti