...

ABŞ dövlət katibi Ermənistanla bağlanmış çərçivə sənədini şərh etdi

Dünya xəbərləri Materials 14 Yanvar 2026 11:42 (UTC +04:00)
ABŞ dövlət katibi Ermənistanla bağlanmış çərçivə sənədini şərh etdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ dövlət katibi Marko Rubio rəsmi "X" səhifəsində “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” proqramının icrası ilə bağlı çərçivə sənədi üzrə Ermənistan və ABŞ xarici diplomatiya rəhbərlərinin birgə bəyanatını şərh edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Bu gün Ermənistanın xarici işlər naziri ilə birlikdə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsi üzrə Çərçivə Proqramını elan etdik. Bu sənəd cəmi beş ay əvvəl Ermənistan və Azərbaycan arasında keçirilmiş və Prezident Donald Trampın təşəbbüsü ilə baş tutmuş tarixi sülh zirvə toplantısında götürülən öhdəliklərə əsaslanır”,- Rubio yazıb.

Onun sözlərinə görə, TRIPP ticarət, tranzit və enerji axınları sahəsində Cənubi Qafqazın potensialını açacaq, bununla da bütün regionda rifahı və təhlükəsizliyi gücləndirəcək.

Qeyd edək ki, yanvarın 14-də Ermənistan XİN Ermənistanla ABŞ arasında “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi üzrə imzalanmış sazişi dərc edib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüş keçirərək TRIPP layihəsinin icrası üzrə çərçivə proqramını təqdim ediblər. Dərc olunmuş sənəd 8 avqust 2025-ci ildə Ağ Evdə Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına dəstək məqsədilə götürülmüş öhdəliklərin yerinə yetirilməsi istiqamətində atılmış yeni addım kimi qiymətləndirilib.

Mirzoyan və Rubionun birgə bəyanatında bildirilir ki, Ermənistan TRIPP layihəsinin inkişafına cavabdeh olacaq “TRIPP Development Company” şirkətinin yaradılmasını təsdiqləmək və dəstəkləmək niyyətindədir. Şirkətə ilkin mərhələdə 49 il müddətinə layihənin icrası hüququ veriləcək. İrəvan Vaşinqtona TRIPP Development Company-nin səhmlərinin 74 faizini təklif etməyi, 26 faizini isə özündə saxlamağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti