...

İZİA yeni avtomobillər alır - 206 min manat xərclənəcək

İqtisadiyyat Materials 14 Yanvar 2026 11:28 (UTC +04:00)
İZİA yeni avtomobillər alır - 206 min manat xərclənəcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) yeni xidməti minik avtomobilləri sifariş edəcək.

Trend-in məlumatına görə, artıq bununla bağlı müvafiq işlərə başlanılıb.

Belə ki, sifariş ediləcək 3 ədəd “Pickup” tipli nəqliyyat vasitələrinin 2025-ci il istehsallı olması əsas şərtlərdəndir.

İZİA hazırda avtomobilləri təhvil verəcək şirkəti müəyyənləşdirməkdir.

Eyni zamanda, agentlik avtomobillərin satın alınmasının 206,5 min manata başa gələcəyini proqnozlaşdırıb.

Beləliklə, bir avtomobilin satın alınması təqribən 68,8 min manata başa gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti