...

Dövlət xətti ilə ipoteka kreditləşməsinin həcmi açıqlandı

İqtisadiyyat Materials 14 Yanvar 2026 16:24 (UTC +04:00)
Dövlət xətti ilə ipoteka kreditləşməsinin həcmi açıqlandı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 56 928 borcalana 3,767 milyard manat kredit verib.

Trend xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 684,2 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 9 080 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti