...

Hitrou hava limanında PUA ilə bağlı insident uçuşlarda müvəqqəti pozuntulara səbəb olub

Dünya xəbərləri Materials 14 Yanvar 2026 22:46 (UTC +04:00)
Hitrou hava limanında PUA ilə bağlı insident uçuşlarda müvəqqəti pozuntulara səbəb olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropanın ən işlək aeroportu hesab olunan Londonun Hitrou hava limanında şübhəli pilotsuz uçuş aparatının (PUA) görülməsi səbəbindən uçuşların hərəkətində müvəqqəti pozuntular yaşanıb.

Trend “The Independent” nəşrinə istinadla xəbər verir ki, Sürixdən Londona uçan “Swiss” aviaşirkətinə məxsus LX324 reysi təxminən yarım saat havada dövr etdikdən sonra alternativ olaraq Qatvik hava limanına yönləndirilib.

Qeyd olunur ki, Hitrou hava limanı Avropanın ən işlək hava limanı hesab edilir və burada hər saatda təxminən 70 enmə və qalxma həyata keçirilir.

Hava limanının nümayəndəsi bildirib ki, şübhəli pilotsuz uçuş aparatı ilə bağlı əməliyyatdan sonra uçuşlar normal rejimdə davam edir. Onun sözlərinə görə, vəziyyət tam nəzarət altındadır və hava limanının təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə polis və aviaşirkətlərlə sıx əməkdaşlıq aparılır.

Xəbər lenti

Xəbər lenti