Bakı.Trend:
Ermənistan Avropa İttifaqının “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layhəsinə cəlb olunmasında maraqlıdır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ və Avropa İttifaqından olan səfirlərin iştirakı ilə keçirilən “Ermənistan və dünya risklərin və imkanların kəsişməsində” mövzulu diskusiyyalarda çıxışı zamanı deyib.
“Dünən Vaşinqtonda Ermənistanla Azərbaycan arasında sülhün institutlaşdırılması və TRIPP layihəsinin praktiki olaraq həyata keçirilməsi istiqamətində daha bir mühüm addım atıldı. Bu münasibətlə hamımızı təbrik edirəm. Aydın məsələdir ki, indi regionumuza böyük investisiyalar və böyük maliyyə vəsaitləri yönəldiləcək. Bu, xoş xəbərdir”, – deyə o qeyd edib.
Paşinyanın sözlərinə görə, layihədə ABŞ-nin iştirakı artıq müəyyən edilib və Avropa İttifaqının TRIPP layihəsinə cəlb olunması formatı və başqa konkret layihələrlə bağlı Aİ-dən olan tərəfdaşlarla detallı müzakirələrin aparılması vacibdir.
“Biz bunda maraqlıyıq”, – deyə o bildirib.
