...

Mədəni və yaradıcı sənayenin Ümumi Daxili Məhsulda payı üzrə göstəricilər məlum olub

Cəmiyyət Materials 14 Yanvar 2026 17:32 (UTC +04:00)
Mədəni və yaradıcı sənayenin Ümumi Daxili Məhsulda payı üzrə göstəricilər məlum olub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Mədəni və yaradıcı sənayenin (MYS) iqtisadi və sosial təsirlərinin qiymətləndirilməsi və Ümumi Daxili Məhsulda (ÜDM) payının ölçülməsi üçün beynəlxalq praktikaya uyğun metodologiya müasir təmayüllərdəndir.

Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda öz əksini tapıb.

Bildirilib ki, Azərbaycanda hazırda bu sahədə metodoloji işlər davam etdirilir.

İlkin hesablamalara əsasən, MYS-nin ÜDM-dəki payı 2018-ci ildə 0,6 faiz, 2019-cu ildə 0,8 faiz, 2020-ci ildə 0,9 faiz, 2021-ci ildə 0,69 faiz, 2022-ci ildə 0,6 faiz, 2023-cü ildə 0,72 faiz, 2024-cü ildə isə 0,8 faiz təşkil edib.

MYS-nin qeyri-neft sektorunda payı 2021-ci il (1,1 faiz) ilə müqayisədə artaraq, 1,2 faiz təşkil edib.

2024-cü ildə MYS-nin ölkənin mal ixracında payı 2022-ci illə müqayisədə 2,5 dəfə artıb.

MYS subyektlərinin ümumi sayı və MYS ilə məşğul olan hüquqi şəxslərin sayı 2022-ci illə müqayisədə artıb.

Xəbər lenti

Xəbər lenti