...

Danimarka və ABŞ yüksək səviyyəli işçi qrupu yaradıb

Dünya xəbərləri Materials 15 Yanvar 2026 00:22 (UTC +04:00)
Danimarka və ABŞ yüksək səviyyəli işçi qrupu yaradıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Danimarka və ABŞ Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etmək məqsədilə birgə yüksək səviyyəli işçi qrupu yaratmaq qərarına gəliblər.

Trend xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyinin rəhbəri Lars Lökke Rasmussen Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, işçi qrupu ortaq həll yollarını tapmaq imkanlarını araşdıracaq və Danimarka Krallığının qırmızı xətlərinə hörmətlə yanaşaraq ABŞ-ın təhlükəsizlik narahatlıqlarını nəzərə almalıdır. Rasmussen bildirib ki, qrupun ilk iclasının bir neçə həftə ərzində keçirilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti