Bakı. Trend:
Kanadanın "Air Inuit" aviaşirkəti dünyanın ilk "Boeing 737-800 Next Generation" (NG) təyyarəsini həm sərnişin, həm də yük daşımaq üçün yenidən konfiqurasiya edib.
Trend xəbər verir ki, təyyarə Nəqliyyat Kanadası tərəfindən sertifikatlaşdırılıb və 13 yanvar 2026-cı il tarixindən Monreal-Kuujjak marşrutu üzrə müntəzəm uçuşlara başlayıb.
"KF Aerospace" tərəfindən yenidən təchiz edilmiş təyyarə, insanların və həyati əhəmiyyətli yüklərin eyni vaxtda daşınmasının vacib olduğu şimal əməliyyat şəraitinə uyğunlaşdırılıb. Təyyarənin ön hissəsində beş paletli yük bölməsi, arxa hissəsində isə 90 yerlik sərnişin kabini yerləşir ki, bu da sərnişinlərin və ləvazimatların Nunavikdəki ucqar icmalara tək bir uçuşla çatdırılmasına imkan verir.
Yeni "Boeing 737-800NG" köhnəlmiş 737-200 təyyarələrini əvəz edəcək. Yenilənmiş təyyarələr daha az yanacaq sərf edir və müasir avionika sistemləri ilə, həmçinin "Starlink" peyk interneti ilə təchiz olunub.
