...

Nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul ediləcək

İqtisadiyyat Materials 15 Yanvar 2026 10:50 (UTC +04:00)
Nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul ediləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 19) növbəti onlayn iclası keçirilib.

Trend Azərbaycan Standartlaşdırma İnstitutuna istinadən xəbər verir ki, iclasda AZSTAND nümayəndələri ilə yanaşı Baş Dövlət Yol Polisi İdarəsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Aqrar Xidmətlər Agentliyi, “Toyota-Lexus” AADA və “AZAVTOBUS” MMC-nin təmsilçiləri iştirak ediblər.

İclas zamanı Texniki Komitənin 2025-ci il üzrə Fəaliyyət Planına uyğun olaraq işlənib hazırlanmış AZS ECE 21 “Nəqliyyat vasitələrinin daxili avadanlığı ilə bağlı təsdiqinə dair vahid müddəalar”, AZS ECE 16 “Təhlükəsizlik kəmərləri, qoruyucu sistemlər, uşaq avtonəqliyyat vasitələrinin sərnişinləri üçün nəzərdə tutulmuş sistemləri və ISOFIX uşaq təhlükəsizlik sistemləri”, AZS ECE 51 “Ən azı dörd təkərli avtonəqliyyat vasitələrinin buraxdığı səs-küyə görə rəsmi təsdiqin verilməsinə dair vahid təlimatlar”, AZS ECE 85 “M və N kateqoriyalı motorlu nəqliyyat vasitələrini hərəkətə gətirmək üçün nəzərdə tutulmuş daxili yanma mühərriklərinin və ya elektrik mühərriklərinin təsdiqi ilə bağlı və elektrik mühərriklərinin faydalı gücünün və maksimum 30 dəqiqəlik gücünün ölçülməsi ilə bağlı vahid müddəalar” standartlar layihələri müzakirə edilib. Sözügedən standartların qəbulu məqsədilə AZSTAND-a təqdim edilməsi barədə qərar qəbul olunub.

İclasın sonunda AZSTAND/TK 19 tərəfindən AZS 122 “Yerüstü Nəqliyyat Vasitələri üçün Təhlükəsizlik Şüşəsi. Ümumi Texniki Şərtlər” dövlət standartının dövri yoxlaması keçirilib.

Qeyd edək ki, “Yol nəqliyyatı” standartlaşdırma üzrə texniki komitə (AZSTAND/TK 19) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində yaradılıb. AZSTAND/TK 19-un yaradılmasında məqsəd yol nəqliyyatı sahəsində dövlət, beynəlxalq, regional və dövlətlərarası standartların hazırlanmasında maraqlı tərəflərin iştirakının təmin edilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti