Bakı. Trend:
ABŞ-də kommersiya neft ehtiyatları bir həftə ərzində 3,4 milyon barel artaraq 9 yanvar 2026-cı il tarixinə 422,4 milyon barel təşkil edib.
Trend xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, ehtiyatların mövcud səviyyəsi ilin bu dövrü üçün beş illik orta göstəricidən 3% aşağıdır.
Bu fonda Londonun ICE birjasında 2026-cı ilin mart ayı üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 1,08% artaraq bir barel üçün 66,18 dollara yüksəlib. Eyni zamanda, fevral ayı üçün WTI markalı xam neftin fyuçersləri 1,01% bahalaşaraq bir barel üçün 61,77 dollar səviyyəsinə çatıb.
