Bakı.Trend:
Yasamalda fərdi yaşayış evində dəm qazından boğulma hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə yanvarın 13-ü saat 19:45 radələrində qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü İsmayılov Rüstəm Şabanli oğlu yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev 60 ünvanında hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
