...

İsrail Tehran sakinlərini təxliyə olunmağa çağırıb

Dünya xəbərləri Materials 18 İyun 2025 12:46 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin müdafiə qüvvələri (IDF) İranla hərbi münaqişə fonunda Tehranın cənub-şərqində yaşayan sakinləri dərhal olduqları ərazidən təxliyə olunmağa çağırıb. Belə ki, IDF həmin ərazilərdə yerləşən hərbi obyektlərə hava zərbələri endirməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə IDF mətbuat xidmətinin “X” səhifəsində məlumat paylaşılıb.

“Hörmətli şəhər sakinləri, təhlükəsizliyiniz və rifahınız məqsədilə sizi Tehranın 18-ci dairəsində qeyd olunan zonanı dərhal tərk etməyə çağırırıq. Həmin rayonda qalmaqla öz həyatınızı təhlükəyə atmış olursuz”, - paylaşımda bildirilir.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti