...

Şimali Makedoniya "yaşıl" enerji sahəsində Azərbaycanla əməkdaşlıq üçün böyük potensialın olduğunu görür - Deputat

İqtisadiyyat Materials 18 İyun 2025 12:02 (UTC +04:00)
Şimali Makedoniya "yaşıl" enerji sahəsində Azərbaycanla əməkdaşlıq üçün böyük potensialın olduğunu görür - Deputat
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Şimali Makedoniya ilə Azərbaycan arasında enerji sektorunda, ələlxüsus da “yaşıl” enerji sahəsində əməkdaşlığın güücləndirilməsi üçün əhəmiyyətli potensial mövcuddur.

Trend xəbər verir ki, bunu Şimali Makedoniya parlamentinin deputatı Blaqitsa Lasovska Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Bakıda keçirilən 65-ci plenar sessiyası çərçivəsində bildirib.

“Düşünürəm ki, Makedoniya ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq üçün imkanlar mövcuddur. Bu günbizim parlamentin nümayəndə heyəti burdadır və parlament sədri sədri azərbaycanlı həmkarları ilə ikitərəfli görüşlər keçirir. İnanıram ki, qarşılıqlı fəaliyyətimiz getdikcə daha da genişlənəcək”, – deyə o bildirib.

Deputatın sözlərinə görə, enerji sektoru, xüsusən də “yaşıl” enerji, Şimali Makedoniyanın yeni hökumətinin əsas prioritetlərindən birinə çevrilir.

“Yaşıl enerji bu gün bütün dünya üçün son dərəcə vacibdir. Mənim ölkəm də bu istiqamətdə irəliləməlidir. Hazırda bu, yeni hökumətin prioritetlərindən biridir və ümumilikdə enerji sektoru strateji əhəmiyyətə kəsb edir. Azərbaycan bu keçid prosesində bizə dəstək verə bilər. Mən bildiyim qədər, Azərbaycanda həm ənənəvi, həm də bərpa olunan enerji üzrə əhəmiyyətli resurslar mövcuddur”, – deyə deputat vurğulayıb.

O həmçinin, parlament diplomatiyasının ikitərəfli əlaqələrin möhkəmləndirilməsindəki roluna toxunaraq, siyasi dialoqun davam etdirilməsinin vacibliyini qeyd edib.

“Ölkələrimizin siyasətçiləri daha tez-tez görüşməli və vacib məsələləri müzakirə etməlidirlər. Parlament üzvü olaraq əminəm ki, bu prosesdə parlamentin rolu həlledicidir”, – deyə Lasovska əlavə edib.

Deputat QDİƏT PA-nın iclasının gedişində enerji əməkdaşlığı məsələsinin də müzakirə olunacağına ümid bəslədəyini bildirib:

“Bu, ölkələrimiz üçün yeni və əhəmiyyətli bir şey baxımından əla fürsətdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti