Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 16,527 milyon manat təşkil edib.
Bu barədə Trend Muxtar Respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə 16,8% çoxdur.
Eyni zamanda hesabat dövründə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 87,117 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 7,4% artım deməkdir.