...

İranın ötən gecə İsrailə endirdiyi zərbələr nəticəsində 90-dan çox insan yaralanıb

Dünya xəbərləri Materials 18 İyun 2025 09:54 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 17-si 18-nə keçən gecə İran tərəfindən İsrail ərazisinə endirilmiş raket zərbələri nəticəsində 90-dan çox insan yaralanıb.

Trend xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Gecə ərzində xəstəxanalara ümumilikdə 94 nəfər zərərçəkən daxil olub. Onlardan 1 nəfərin vəziyyəti orta-ağır, 85 nəfərin vəziyyəti qənaətbəxşdir, 3 nəfər isə təşviş pozuntusu diaqnozu ilə xəstəxanaya götürülüb. Daha 5 nəfər isə tibbi müayinədən keçirilir və onların vəziyyəti hələlik müəyyənləşdirilməyib”, – məlumatda bildirilir.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti