...

Azərbaycanda metal filizləri hasilatı 76%-ə yaxın artıb

İqtisadiyyat Materials 17 İyun 2025 17:12 (UTC +04:00)
Azərbaycanda metal filizləri hasilatı 76%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycanda metal filizləri hasilatının dəyəri 241,4 milyon manat olub.

Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 104 milyon manat və ya 75,7% çoxdur.

Qeyd edək ki, hesabat dövründə ölkədə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 16,2 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz azalıb.

Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 11,4 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 16,2 milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,7 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti